Azərbaycan vətəndaşları Albaniyaya səfər üçün əvvəlcədən viza almalı deyil. Razılaşmaya əsasən ümumvətəndaş pasportu ilə ölkədə 90 günədək qalmaq mümkündür. Sərhəddə etibarlı pasport kifayətdir, lakin pasportun qalıq müddətinin ən azı altı ay olmasına diqqət yetirin.
Sərhəd xidməti geri dönüş bileti, otel bronu və ya səfər müddətində maliyyə imkanınızı təsdiqləyən sənəd soruşa bilər. 90 gündən artıq qalmaq, işləmək və ya təhsil almaq istəyirsinizsə, bu rejim kifayət etmir və yaşayış icazəsi üçün ayrıca müraciət etməlisiniz.
Albaniya Adriatik və İon sahilləri, Tirana və Ksamil istiqamətləri ilə son illərdə sürətlə populyarlaşır. Birbaşa uçuş olmadığı üçün marşrut adətən İstanbul və ya Avropa şəhərləri üzərindən qurulur. Viza.az komandası aviabilet, otel və transferin planlaşdırılmasında dəstək göstərir, səyahət sığortasını isə ayrıca tövsiyə edirik.