Əsas məzmuna keç

Kuki siyasəti

Son yenilənmə: 12 sentyabr 2026

Bu səhifə viza.az saytında kukilərin necə işlədildiyini izah edir. viza.az Granit AS Travel şirkətinin məhsuludur; şirkət 1998-ci ildən fəaliyyət göstərir.

Kuki nədir

Kuki sayta daxil olduğunuzda brauzerinizdə saxlanılan kiçik mətn faylıdır. O, saytın sizi növbəti dəfə tanımasına, seçimlərinizi yadda saxlamasına və düzgün işləməsinə kömək edir. Kuki proqram deyil, virus daşıya bilməz və kompüterinizdəki fayllara çıxışı yoxdur.

Hansı kukiləri işlədirik

Zəruri kukilər

Bunlar olmadan sayt düzgün işləmir, ona görə onlar üçün razılıq istənilmir. Buraya kuki bildirişindəki seçiminizi yadda saxlayan kuki və formaların təhlükəsizlik yoxlaması daxildir.

Funksional kukilər

Seçdiyiniz dili yadda saxlayır ki, hər səhifədə yenidən seçmək lazım gəlməsin. Bu kuki saytın çoxdilli sistemi (WPML) tərəfindən yerləşdirilir.

Analitik kukilər

Saytın hansı səhifələrinin daha çox oxunduğunu, ziyarətçilərin haradan gəldiyini anlamaq üçün istifadə olunur. Bu məlumat ümumiləşdirilmiş şəkildə toplanır və sizi şəxsən müəyyən etmək üçün işlədilmir. Analitik kukilər yalnız siz razılıq verdikdə işə düşür.

Üçüncü tərəf kukiləri

Saytın bəzi hissələri xarici xidmətlərdən istifadə edir və həmin xidmətlər öz kukilərini yerləşdirə bilər:

  • Travelpayouts / bilet.az: axtarış qutusunun Aviabilet bölməsindəki uçuş axtarışı. Bu alət yalnız həmin bölməni açdığınız anda yüklənir.
  • Cloudflare: formaların robot yoxlaması.
  • Google Maps: Əlaqə səhifəsindəki xəritə.

Bu xidmətlərin kukiləri onların öz siyasətlərinə tabedir; biz həmin məlumatlara nəzarət etmirik.

Razılığınızı necə dəyişə bilərsiniz

Sayta ilk dəfə daxil olduqda kuki bildirişi göstərilir. Orada hamısını qəbul edə, yalnız zəruri kukilərlə davam edə və ya kateqoriyaları ayrıca seçə bilərsiniz. Seçiminiz brauzerinizdə saxlanılır.

Fikrinizi sonra dəyişmək istəsəniz, brauzerinizin sayt məlumatlarını təmizləyin, bildiriş yenidən görünəcək və yeni seçim edə biləcəksiniz.

Brauzer vasitəsilə idarəetmə

Bütün müasir brauzerlər kukiləri bloklamağa və ya silməyə imkan verir. Bu ayarlar adətən Parametrlər → Məxfilik və təhlükəsizlik bölməsindədir. Nəzərə alın ki, zəruri kukiləri bloklasanız saytın bəzi hissələri düzgün işləməyə bilər.

Dəyişikliklər

Saytda yeni alət və ya xidmət əlavə etdikcə bu siyasəti yeniləyirik. Yenilənmə tarixi səhifənin yuxarısında göstərilir.

Əlaqə

Kukilərlə bağlı sualınız varsa: [email protected]. Şəxsi məlumatların emalı barədə ətraflı izah Məxfilik siyasəti səhifəsindədir.