Viza anketi sənəd paketinin ən az ciddiyə alınan hissəsidir və ən çox problem yaradanıdır. Adam bütün arayışları həftələrlə toplayır, sonra anketi yarım saatda doldurub göndərir. Halbuki konsul əvvəlcə məhz anketi oxuyur və orada gördüyü ziddiyyət bütün paketin qiymətini aşağı salır. Aşağıda ən çox təkrarlanan səhvləri yazmışam.
Viza anketində ad və pasport məlumatları
Ad və soyad pasportdakı latın yazılışı ilə hərfbəhərf eyni olmalıdır. Azərbaycan hərfləri burada işlədilmir, yəni pasportda necə yazılıbsa, elə də köçürülür. Bir hərf fərqi belə sənədin geri qaytarılmasına səbəb olur.
Doğum yeri xanasında şəhərin adı pasportdakı formada yazılır. Pasport nömrəsini yazarkən seriya hərfini unutmayın. Verilmə və bitmə tarixlərini isə anketin tələb etdiyi formatda, yəni gün, ay, il ardıcıllığı ilə göstərin.

Viza anketində tarix və marşrut səhvləri
Ən çox rast gəlinən səhv budur, anketdəki giriş tarixi biletdəki tarixlə uyğun gəlmir. İkincisi, qalma müddəti otel bronundakı gecə sayından çox və ya az olur. Üçüncüsü isə ilk giriş ölkəsinin səhv göstərilməsidir.
Bu üç xananı doldurmazdan əvvəl bilet, bron və sığorta sənədlərini qarşınıza qoyun və hamısını eyni tarixlərlə doldurun. Beş dəqiqəlik bu iş sonradan haftalarla gecikməyin qarşısını alır.
Keçmiş vizalar və rədd cavabları
Anketdə əvvəllər viza alıb-almadığınız və rədd cavabı olub-olmadığı soruşulur. Rəddi gizlətmək ən ağır səhvdir, çünki Şengen sistemində bütün müraciətlər ümumi bazada saxlanılır və yoxlama bir neçə saniyə çəkir.
Rədd faktını dürüst yazmaq müraciəti avtomatik zəiflətmir. Gizlədib tutulmaq isə yalan məlumat kimi qiymətləndirilir və bu, daha ağır nəticə verir. Barmaq izi verilibsə, tarixi də göstərin.
Ətraflı oxu: Polşaya viza: e-Konsulat növbəsini necə tutmalı və kateqoriya səhvindən necə qaçmalı
Anketi doldurduqdan sonra
Göndərməzdən əvvəl anketi baxdan çıxarıb bir dəfə də oxuyun, ən yaxşısı ertəsi gün. Səhvlərin çoxu məhz ikinci oxunuşda görünür. Çap edib imzalayın, bəzi ölkələrdə hər səhifəyə imza tələb olunur.
Bir nüsxəni özünüzdə saxlayın, çünki müsahibədə suallar oradan verilir. Anketi özünüz doldurmaqda çətinlik çəkirsinizsə, viza sənədləri üzrə peşəkar xidmətdən istifadə edin. Rəsmi anket formaları Avropa Komissiyasının saytında yerləşdirilib.
Bir cümlə ilə
Viza anketi sürətlə doldurulan, amma ən diqqətlə yoxlanılan sənəddir və ziddiyyət orada görünür. Adı pasportdan köçürün, tarixləri biletlə tutuşdurun, keçmiş rəddi gizlətməyin. Anketi birlikdə yoxlamaq üçün müraciət formasını doldurun.
Qeyd: Anket forması və tələblər ölkəyə görə dəyişir, doldurmazdan əvvəl rəsmi təlimatı oxuyun.