Azərbaycan vətəndaşları Özbəkistana vizasız səfər edə bilər. İki ölkə arasındakı saziş ümumvətəndaş pasportu ilə 90 günədək qalmağa imkan verir. Sərhəddə etibarlı pasport kifayətdir.
2024-cü il yanvarın 15-dən qüvvəyə minən protokola görə 15 günədək səfərlərdə qeydiyyat tələb olunmur. Daha uzun qalanda yaşayış qeydiyyatı aparılmalıdır; otellər bu qeydiyyatı adətən özləri aparır, lakin şəxsi mənzildə qalırsınızsa məsuliyyət sizin üzərinizdədir. İş və təhsil bu rejimə daxil deyil.
Daşkənd, Səmərqənd, Buxara və Xivə İpək Yolu marşrutunun əsas dayanacaqlarıdır. Şəhərlərarası keçid üçün sürətli qatarlar rahat variantdır və biletlər mövsümdə tez tükənir. Viza.az sürətli qatar biletlərini əvvəlcədən bron edir və İpək Yolu marşrutunu qurur.