İrlandiya Şengen zonasına daxil deyil, ona görə Şengen vizası bu ölkəyə giriş hüququ vermir, ayrıca müraciət tələb olunur.
Müraciət AVATS adlanan rəsmi onlayn sistemdə başlayır: anket doldurulur, sonra xülasə çap edilib imzalanır və sənəd paketi ilə birlikdə Bakıdakı VFS Global mərkəzinə təqdim olunur. Mərkəzin xidmət haqqı və kuryer xərci konsulluq rüsumundan ayrıca ödənilir.
Qısamüddətli C vizası 90 günədək qalmağa imkan verir və birdəfəlik və ya çoxdəfəlik ola bilər. Baxış müddəti digər ölkələrə nisbətən uzundur və bir neçə həftə çəkə bilər, ona görə səfərdən ən azı iki ay əvvəl müraciət etmək vacibdir. Viza.az anketin doldurulması, sənəd siyahısının hazırlanması və randevunun planlanması ilə məşğul olur.