Azərbaycan vətəndaşları İsrailə səfər üçün əvvəlcədən viza almalıdır. Turizm, qohum ziyarəti və ziyarətgahlara səfər B/2 adlanan qısamüddətli kateqoriya ilə rəsmiləşdirilir.
Müraciətlər Bakıdakı İsrail səfirliyinin konsulluq bölməsində qəbul olunur. Sənədlər şəxsən təqdim edilir, sonra ərizəçiyə rüsumun bankda ödənilməsi üçün qəbz verilir. Ödəniş yerli valyuta ilə aparılır.
B/2 vizası verildiyi tarixdən üç ayadək etibarlı olur və giriş zamanı sərhəd xidməti yekun qərarı verir. Qərar adətən yeddi-on iş günü çəkir, lakin bayram dövrlərində müddət uzana bilər. Viza.az anketin doldurulması, sənəd siyahısının hazırlanması və randevu məsələsində dəstək göstərir.