Hindistan Azərbaycan vətəndaşlarına elektron viza imkanı tanıyır və bu, səfirliyə getmədən müraciət etməyə şərait yaradır. Anket, pasport skanı və foto rəsmi portal üzərindən yüklənir, təsdiq isə elektron poçta gəlir.
Elektron turist vizasının bir neçə variantı var: 30 günlük, bir illik və beş illik. Rüsum seçilən müddətə görə dəyişir və bank əməliyyatı üçün əlavə faiz tutulur. Bir təqvim ilində 30 günlük elektron vizadan yalnız iki dəfə istifadə etmək mümkündür.
Elektron viza ilə girişə yalnız təyin olunmuş hava limanları və dəniz limanları icazə verir, quru sərhəd keçidləri isə bu sistemə daxil deyil. Müraciəti səfərdən ən azı bir həftə əvvəl təqdim etmək məsləhətdir. Viza.az anketin düzgün doldurulması və sənədlərin tələblərə uyğunluğunu yoxlayır.