Bosniya və Herseqovina Azərbaycan vətəndaşlarına birtərəfli qaydada vizasız giriş imkanı verir. Ümumvətəndaş pasportu ilə 90 günədək qalmağa icazə verilir. Sərhəddə etibarlı pasport tələb olunur; qalıq müddətin ən azı altı ay olmasına diqqət yetirin.
Geri dönüş bileti, otel bronu və maliyyə imkanını təsdiqləyən sənəd soruşula bilər. Vizasız rejim yalnız qısamüddətli səfərlərə şamil olunur; iş, təhsil və daimi yaşayış üçün ayrıca icazə lazımdır.
Saraybosna, Mostar və Blagay ölkənin ən çox ziyarət olunan nöqtələridir və marşrut adətən qonşu Balkan ölkələri ilə birləşdirilir. Birbaşa uçuş olmadığı üçün İstanbul üzərindən keçid geniş istifadə olunur. Viza.az İstanbul üzərindən keçidi və Balkan marşrutunu birlikdə qurur.