Polşaya səfər üçün Şengen C tipli viza tələb olunur. Müraciətlər Polşa səfirliyinin e-konsulat sistemi üzərindən rəsmiləşdirilir və sənədlər birbaşa səfirliyə təqdim edilir.
Konsulluq rüsumu 35 avrodur; ayrıca viza mərkəzi xidmət haqqı nəzərdə tutulmur. Cavab adətən 10–15 iş günü ərzində verilir, lakin randevu sayı məhdud olduğuna görə sistemi mütəmadi yoxlamaq lazımdır.
Varşava, Krakov, Vrotslav və Zakopane əsas istiqamətlərdir. Polşa həm də təhsil səfərləri üçün seçilir; belə halda universitet sənədləri ayrıca hazırlanır. Viza.az e-konsulat randevusunu izləyir və sənəd paketini ona uyğun hazırlayır.