İsveçrə Aİ üzvü olmasa da Şengen zonasına daxildir və C tipli Şengen vizası verir. Müraciətlər Bakıda birbaşa İsveçrə səfirliyinə təqdim edilir; ayrıca viza mərkəzi yoxdur.
Konsulluq rüsumu 35 avrodur, əlavə viza mərkəzi xərci tutulmur. Cavab adətən 10–15 iş günü ərzində verilir, lakin randevu sayı məhduddur.
Sürix, Cenevrə, Interlaken və Sermatt əsas istiqamətlərdir. İsveçrə bahalı ölkə olduğuna görə maliyyə imkanını təsdiqləyən sənədlər xüsusilə diqqətlə yoxlanılır. Viza.az sənəd paketi və müraciət prosesində dəstək göstərir.