Azərbaycan vətəndaşları Birləşmiş Ərəb Əmirliklərinə vizasız gedə bilər. Razılaşmaya əsasən ümumvətəndaş pasportu ilə 90 günədək qalmaq mümkündür. Pasportun etibarlılıq müddəti girişdən sonra altı aydan az olmamalıdır.
Sərhəddə geri dönüş bileti və otel bronu soruşula bilər, ona görə sənədləri əl yükündə saxlayın. Ölkədə işləmək və ya uzunmüddətli qalmaq istəyirsinizsə, işəgötürən vasitəsilə ayrıca iqamət vizası rəsmiləşdirilməlidir.
Dubay və Abu-Dabi həm ailəvi istirahət, həm də sərgi və biznes səfərləri üçün ən çox seçilən istiqamətlərdəndir. Bakıdan birbaşa uçuşlar mövcuddur və mövsümə görə qiymətlər əhəmiyyətli dəyişir. Viza.az bilet, otel və transfer seçimində, həmçinin səyahət sığortasının rəsmiləşdirilməsində dəstək göstərir.