Azərbaycan vətəndaşları Filippinə səfər üçün əvvəlcədən viza almalıdır. Ölkənin vizasız giriş siyahısı genişdir, lakin bizim pasport ora daxil edilməyib.
Turizm məqsədli müraciət 9(a) adlanan kateqoriya üzrə aparılır. Standart variant üç ay etibarlıdır və birdəfəlik girişə imkan verir; çoxdəfəlik variantlar da mövcuddur və rüsumu fərqlidir.
Azərbaycanda birbaşa Filippin nümayəndəliyi olmadığına görə müraciətin hansı konsulluq vasitəsilə aparılacağı əvvəlcədən dəqiqləşdirilməlidir. Sənəd paketinə anket, pasport, foto, gediş-dönüş bileti, yaşayış təsdiqi və maliyyə sənədləri daxildir. Viza.az müraciət marşrutunu müəyyənləşdirir və sənədləri hazırlayır.